• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

İran israilə hücuma keçdi - Yaxın Şərqdə müharibə yenidən alovlanır

  • 08.06.2026, 12:07,
  • Dünya
  • Baxılıb: 4
İran israilə hücuma keçdi - Yaxın Şərqdə müharibə yenidən alovlanır


İsraildə məktəblər bağlandı, insanlara küçələrə çıxmaq qadağan edildi, ABŞ isə vətəndaşlaırnı təhlükəsiz yerlərə sığınmaq barədə xəbərdarlıq etdi
İran tərəfi İsrailin mərkəzi və cənubundakı bir neçə şəhərə raket atıb və raket hücumundan sonra paytaxt Təl-Əviv olmaqla yanaşı, cənub şəhərləri həyəcan siqnalları işə düşüb.

İsrail ordusu İrandan atılan raketlərin aşkarlandığını və hava hücumundan müdafiə sistemlərinin İran raketlərini ələ keçirməyə çalışdığını bildirib.

 İsrail hava hücumundan müdafiə sistemləri İran raketlərini ələ keçirməyə çalışarkən səmada partlayış səsləri eşidilib.
İsrail tərəfinin verdiyi açıqlamaya görə, gecə ərzində İrandan üç dalğada təxminən 10 raket atıldığı bildirilir.

Atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın paytaxtı Beyrutun Dahiye rayonuna hava hücumu həyata keçirib və İran rəsmiləri İsrailin bu hücumuna reaksiya verərək qisas alacaqlarını açıqlayıblar.

İsrail tərəfi İranın hücumundan sonra insanlarə sığınacaqlarda qalmaqla yanaşı, məktəblərdə dərslər tamamailə dayandırılıb.

Gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə yanaşı, hakimiyyət orqanları ictimaiyyətə qarşı məhdudiyyətləri də sərtləşdirib. Yeni qaydalara əsasən, toplantılar açıq məkanlarda 200 nəfərlə, qapalı məkanlarda isə 500 nəfərlə məhdudlaşdırılacaq. İsrail Daxili Cəbhə Komandanlığının sözçüsü vətəndaşlara vəziyyəti belə izah edərək xəbərdarlıq edib:
"Vətəndaşlarımızdan binalarındakı təhlükəsiz otaqların və sığınacaqların əlçatan olmasını təmin etmələrini və ya ən yaxın ictimai sığınacağın harada yerləşdiyini öyrənmələrini xahiş edirik".

Görülən ilk tədbir İsraildəki bütün məktəblərin bağlanması və təhsil fəaliyyətlərinin tamamilə dayandırılması olub.

ABŞ isə İran və İsrail arasındakı gərginlikdən narahatlıqlarını dilə gətirərək İordaniyadakı vətəndaşlarına qarşı potensial hücumlar barədə xəbərdarlıq edib və onları dərhal təhlükəsiz ərazilərə sığınmağa çağırıb. "Dərhal təhlükəsiz və etibarlı ərazilərdə sığınacaq axtarın. Evdə qalın və yerli xəbərdarlıqları diqqətlə izləyin. ABŞ-ın Əmmandakı səfirliyi vəziyyəti qiymətləndirməyə və lazım olduqda əlavə məlumat verməyə davam edəcək", - ABŞ Dövlət departamentinin məlumatında deyilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

İsrail İrana zərbə endirdi

  • Bu gün, 09:28
  • 8
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 223
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 177
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter