• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

ATU-nun İnsan Anatomiyası və Tibbi Terminalogiya kafedrasında online dərslər keçirilir

  • 06.04.2020, 10:57,
  • Təhsil
  • Baxılıb: 703
ATU-nun İnsan Anatomiyası və Tibbi Terminalogiya kafedrasında online dərslər keçirilir


Günümüzün reallığında dünya gündəmini zəbt edən məsələ Corona virus -COVİD 19

pandemiyasıdır. Bir çox ölkələrdə olduğu kimi respublikamızda da ciddi karantin rejimi hökm sürür.Artıq bir aydan artıqdır ki, bütün təhsil müəssisələrində təlim- tərbiyə prosesi dayandırılıb. O cümlədən də ali təhsil müəssisələrində..

Lakin Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyasi və Tibbi Terminologiya kafedrası çox mühüm bir addım atmışdır. Kafedra müdiri Rusiya Elmlər Akademiyasının akademiki, əməkdar elm xadimi, professor V. B. Şadlinskinin təşəbbüsü ilə kafedrada onlayn təcrübi dərslərə başlanılmışdır. Qeyd etmək yerinə düşərdi ki , Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminalogiya kafedrası bu yaxınlarda 100 illiyini qeyd etmiş ən qocaman kafedra olmaqla, cəmiyyətimizə yüksək ixtisaslı peşəkar kadrlar bəxş etmiş və bu müqəddəs missiyanı davam etdirməkdədir.

Kafedranın professor və dosentləri mühazirələrini universitet saytlarında və Youtube kanalında yerləşdirərək tələbələrə bütün imkanlar daxilində köməklik edirlər. Beləliklə, tələbələr həm mühazirələri dinləmiş olur, həm də təcrübi dərslərdən geri qalmırlar. Müəllimlərdən professor Nəriman Mövsümov, professor Mübariz Allahverdiyev, professor Ağasəmid İsayev, dossent Anar Abdullayev, professor Gülqız Hüseynova, baş müəllim Səbinə Şadlinskaya, baş müəllim Ülviyyə Cəfərova, baş müəllim Gülnarə Kərimzadə adlarını çəkə bilmədiyimiz digər professor, müəllim heyəti onlayn dərslərin keçirilməsində fəallıq nümayiş etdirir, bu çətin və ağır günlərdə tələbələrə mənəvi , psixoloji dəstək olmaqla bərabər tədris proqramının da yerinə yetirilməsini təmin edirlər

Əlbəttə, ATU hər zaman örnək nümunəsi olmuş bu gün də bu ənənəni davam etdirməkdədir. İşiniz avand olsun , Tanrı sizi qorusun , fədakar insanlar!


Müşfiq Kişiyev.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 221
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter