• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

207 saylı körpələr evi ilə bağlı İDDİA: Direktor ərzaqları öz bağçasına daşıtdırıb? - VİDEO

  • 08.10.2025, 09:33,
  • Təhsil
  • Baxılıb: 70
207 saylı körpələr evi ilə bağlı İDDİA: Direktor ərzaqları öz bağçasına daşıtdırıb? - VİDEO


207 saylı dövlət uşaq bağçasının valideynləri iddia edirlər ki, müəssisənin direktoru Yeganə Sadıqova dövlət büdcəsi hesabına təmin olunan ərzaqları özünə məxsus digər özəl uşaq bağçasına daşıtdırır. Valideynlərin sözlərinə görə, bağçada hər bir uşaq üçün əlavə olaraq 20 manat məbləğində "fond pulu" toplanır.

Həmin pulu ödəməyən uşaqlar isə bağçadan uzaqlaşdırılır.

"Baku TV iddiaların nə dərəcədə əsaslı olduğunu öyrənmək üçün 207 saylı bağçada olub. Bağçanın tərbiyəçisi Rəna Qocayeva bildirib ki, Yeganə Sadıqova bu iddialara görə ərizə yazaraq vəzifəsindən ayrılıb: "Yeganə müəllimə bu söhbətlərə görə ərizəsini yazıb işdən çıxıb. "Fond pulu" burada könüllüdür, məcburi deyil. Yeganə xanımın bağçası yoxdur, özünün tədris mərkəzi var, o da təzəlikcə fəaliyyətə başlamışdı. O dedi ki, əgər mənim haqqım, əməyim itirilirsə, onda ərizəmi yazıb gedirəm".
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 207 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı araşdırma aparılır: "Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür. Müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq addımlar atılır".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 221
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter