• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Azərbaycanda deputatın qardaşına cinayət işi açıldı – Dələduzluq

  • 24.08.2020, 12:03,
  • Siyasət
  • Baxılıb: 170
Azərbaycanda deputatın qardaşına cinayət işi açıldı – Dələduzluq


Deputat Əhliman Əmiraslanovun qardaşı oğlu Emil Vaqif oğlu Əmiraslanova cinayət işi açılıb.

Emil Əmiraslanovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

Emil Əmiraslanovun barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Şikayət əasında onun barəsində istintaq araşdırması başlanıb.

Qeyd edək ki, Emil Əmiraslanovun barəsində bir müddət əvvəl vətəndaş Tamella Fərzəliyeva tərəfindən də şikayət olunmuşdu. O, qeyd etmişdi ki, 115.250 manat civarında qızıl-zinət əşyaları götürüb və qaytarmayıb.

İddiayaya görə, Emil Əmiraslanov həmin vəsaitin 30000 manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək iş görəcəyini vəd edib.

Qalan böyük hissəsini isə borc kimi alaraq hər ay hissə-hissə, hər dəfə 10000 manat qaytaracağını söz verib. /Demokrat.az
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 221
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter