Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər
- 08.12.2025, 22:31,
- Siyasət
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər.
Əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirildi.
Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini abidənin önünə əklil qoydular.
Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xatirəsinə həsr edilib.(apa)

