• 13:41 – Prezident fərman imzaladı 
  • 12:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Ombudsman: Ermənistan azərbaycanlılara qarşı nifrətin təşviqinə yol açan siyasətindən əl çəkməlidir

  • 21.08.2023, 11:11,
  • Siyasət
  • Baxılıb: 29
Ombudsman: Ermənistan azərbaycanlılara qarşı nifrətin təşviqinə yol açan siyasətindən əl çəkməlidir


Azərbaycanofobiya siyasətinin təzahürü olan fikirlər fasiləsiz olaraq ermənilər tərəfindən sosial şəbəkələrdə yayılmaqda və müxtəlif kanallar vasitəsilə təlqin olunmaqdadır.

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilindən (Ombudsman) məlumat verilib.

"Yayımlanan şərhlər arasında Azərbaycanın yer üzündən silinməsi, ölkəmizə qarşı müxtəlif çirkin təxribatlara əla atılmasının labüdlüyü kimi yanaşmalar yer alır ki, bu da məhz Ermənistanda dövlət siyasətinin bir hissəsinə çevrilmiş etnik nifrət çağırışları fonunda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşdırılması ilə bağlıdır.

Xüsusilə son günlər azərbaycanlı dövlət nümayəndələrinin və diplomatların hədəfə alınmasına dair çağırışların sosial mediadakı müzakirələrdə geniş şəkildə əks olunması ciddi narahatlıq yaradır. Məlumdur ki, Ermənistan tərəfindən tarixən müxtəlif türk-azərbaycanlı diplomatlara, dövlət xadimlərinə qarşı terror siyasəti həyata keçirilmişdir. Hətta müasir dövrümüzdə də belə cinayət əməlləri qəhrəmanlıq kimi təqdim olunur, “Nemezis” terror əməliyyatı ilə eyniadlı abidə ucaldılır, müxtəlif nüfuzlu şəxslər çıxışlarında bu cür dəhşətli “ənənələrə” istinad edirlər ki, bu da həmin terroryönümlü fikirlərin əhali tərəfindən dəstəklənməsinə gətirib çıxarır.

Regionda sülhün bərqərar olunması naminə Ermənistan tərəfi azərbaycanlılara qarşı nifrətin təşviqinə yol açan siyasətindən əl çəkməli, aidiyyəti beynəlxalq təşkilatlar isə insan hüquqlarının təməl prinsiplərinə zidd olan bu siyasətin qarşısının alınması istiqamətində zəruri tədbirləri görməlidirlər", - məlumatda vurğulanır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Qalibaf ABŞ-ni hədələdi

  • Dünən, 15:30
  • 6
  • 0

Prezident fərman imzaladı

  • Dünən, 13:41
  • 9
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 227
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 184
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter