• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

GUAM-ın Baş katibindən İlham Əliyevə təbrik məktubu

  • 26.12.2022, 13:27,
  • Siyasət
  • Baxılıb: 143
GUAM-ın Baş katibindən İlham Əliyevə təbrik məktubu


GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Məktubda deyilir:

“Doğum gününüz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Sizin beynəlxalq hüququn normalarına söykənən əsas prinsiplərinizdə təsbit olunduğu kimi, müharibədən sonra sülhün, sabitliyin və əməkdaşlığın təmin edilməsi istiqamətində yorulmaz, ardıcıl və əlaqələndirilmiş səylərinizi yüksək qiymətləndirir və dəstəkləyirik.

Biz işğaldan azad edilmiş Azərbaycan torpaqlarının bərpa edilməsi və yenidən qurulması, bu ərazilərin ölkənin sosial-iqtisadi həyatına inteqrasiyası istiqamətində əldə olunan uğurlara heyranıq.

Biz, həmçinin yeni yaranmış beynəlxalq təhlükəsizlik və əlaqə baxımından strateji əhəmiyyəti getdikcə artan regionumuzda sülhün, sabitliyin, əməkdaşlığın və inkişafın təşviq edilməsi üçün Sizin rəhbərliyinizlə GUAM çərçivəsində Azərbaycan Respublikası ilə əməkdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə ümid edirik və bunu səbirsizliklə gözləyirik.

Zati-aliləri, fürsətdən istifadə edərək bir daha doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, eləcə də güclü, müasir, demokratik və firavan Azərbaycanın daha da inkişafı naminə fəaliyyətinizdə mühüm nailiyyətlər əldə etmək üçün Sizə möhkəm cansağlığı və güc-qüvvət arzulayıram”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Tesla xidmətə cəlb olundu

  • Bu gün, 09:37
  • 6
  • 0

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 221
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter