• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Acqarına qəhvə, siqaret və energetik içkilərdən istifadə edənlərə XƏBƏRDARLIQ

Acqarına qəhvə, siqaret və energetik içkilərdən istifadə edənlərə XƏBƏRDARLIQ


“Mədəni xəstəliklərindən qorumaq üçün düzgün və balanslı qidalanma əsas şərtlərdəndir”

Bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, gündəlik qida rejimi nizamlı olmalı, insanlar yeməklərini tələsmədən, sakit bir mühitdə qəbul etməlidirlər:

“Çox yağlı, qızartma, ədviyyatlı yeməklərdən, qazlı və şəkərli içkilərdən uzaq durmaq tövsiyə olunur. Acqarına qəhvə, siqaret və energetik içkilərin qəbulu mədə turşusunu artıraraq, mədənin selikli qişasına zərər verə bilər. Həmçinin, gecə yatmazdan əvvəl yemək vərdişindən imtina edilməli, son qida qəbulu yuxudan ən azı 2-3 saat əvvəl başa çatmalıdır. Qidalar yaxşı çeynənməli, aclıqla doymaq arasında balans saxlanmalıdır. Bu sadə qaydalara riayət etməklə həm mədənin selikli qişasının zədələnməsi, həm də qastrit, xora və reflüks kimi xəstəliklərin qarşısını almaq mümkündür”.

Mütəxəssis-ekspert bildirib ki, digər vacib məqam isə həkim nəzarəti olmadan ağrıkəsici dərmanların qəbuludur. Bu şəxslər bilməlidir ki, bu dərmanlar mədə xorasına və qanaxmaya səbəb ola bilər:

“Bundan əlavə, sirkəli su içmək, nəzarətsiz pəhriz və müxtəlif qida əlavələri qəbul etmək kimi bəzən internetdə tapıla bilən və elmi sübutlara əsaslanmayan üsulları tətbiq etmək mədə-bağırsaq sistemini ciddi risk altında qoya bilər”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 221
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter