• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

“Dondurmada aşkarlanan bakteriyadan insan komaya düşə bilər” - Həkimdən SENSASİON AÇIQLAMA

  • 21.06.2024, 11:29,
  • Səhiyyə
  • Baxılıb: 1 200
“Dondurmada aşkarlanan bakteriyadan insan komaya düşə bilər” - Həkimdən SENSASİON AÇIQLAMA


Xəbər verildiyi kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bır sıra dondurmalarda bakteriya aşkarlandığı ilə bağlı məlumat yayıb. Lakin AQTA-nın ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinqinin nəticələrinə görə, nöqsanlar aşkarlanmış dondurmaların hələ də satışda olması ictimaiyyətdə narahatlıq yaradıb.

Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.

Qeyd edək ki, “İçərişəhər" əmtəə nişanlı vanilli plombir, "Soyuq" əmtəə nişanlı südlü kakaolu, "Soyuq" əmtəə nişanlı südlü çiyələkli, “İce Dream” əmtəə nişanlı şokoladlı plombir, "Yolka" əmtəə nişanlı qaymaqlı, “Qoşa Qapı” əmtəə nişanlı vanilli Eskimo, "Selena" əmtəə nişanlı Qlobus Eskimo vanilli plombir, “Zoluşka” əmtəə nişanlı portağallı Eskimo, “Selena" əmtəə nişanlı südlü çiyələkli, "Naturalika" əmtəə nişanlı Eskimo dondurmalarında Enterobacteriaceae bakteriyası aşkar edilib.

Maraqlıdır, “Enterobacteriaceae” bakteriyası nədir? İnsan bu bakteriyanı qəbul etdikdə orqanizmdə nələr baş verə bilər?

Tibb elmləri doktoru Adil Qeybulla Bizim.Media-ya bildirib ki, dondurmalarda aşkar olunan “Enterobacteriaceae” bağırsaqlarda parazitlik edən bakteriyadır:

“Qida məhsullarının sanitar-gigiyenik normaları çox ciddi məsuliyyət tələb edir. Çünki bu insanların sağlamlığı ilə bağlı məsələdir və qida təhlükəsizliyi genofondun təhlükəsizliyi deməkdir. Qida maddələrində istifadə olunan ilkin məhsul və ya onu konserv edən qida əlavəsi kifayət qədər təhlükəsiz, texniki şərtlərə uyğun hazırlanmalıdır”.

“Enterobacteriacae”lər insanda Dizenteriya (qan və ishal ilə nəticələnən bir qastroenterit növü), Salmonellyoz (daha çox qida zəhərlənməsi kimi tanınan Salmonella tipli bakteriyaların yaratdığı simptomatik infeksiya), Kolit (bağırsaq iltihabı) yarada bilər. Bunlar bəzən də tənəffüs və sidik yollarının infeksiyası, hərarətin yüksəlməsi, halsızlıq, baş ağrısı, bədəndən su və elektrolit itkisinə gətirib çıxara bilər ki, orqanizm beləliklə komaya da düşə bilər. Yəni “Enterobacteriaceae”nin aşkar edilməsi dondurmanın istehsal şərtlərinin pozulmasına işarədir. Bu cür sahibkarlar məsuliyyət daşıyırlar”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 221
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter