Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel göndəriləcək
- 25.02.2026, 10:23,
- İqtisadiyyat
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur.
APA xəbər verir ki, həmin həcmdə dizel yanacağı bu gün dəmir yolu ilə Azərbaycandan yola salınacaq.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.