• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

“DÇ-yə İran əvəzinə İtaliya qatılsın”

  • 23.04.2026, 09:41,
  • İdman
  • Baxılıb: 15
“DÇ-yə İran əvəzinə İtaliya qatılsın”


ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Paolo Zampollinin FIFA-ya müraciət edərək, İranın yerinə İtaliyanın 2026-cı il Dünya Çempionatına daxil edilməsini təklif etdiyi bildirilir.

Bu baeədə “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu təşəbbüs Trampla İtaliyanın Baş naziri Corciya Meloni arasında münasibətlərin yaxşılaşdırılması cəhdi kimi qiymətləndirilir. Qeyd olunur ki, daha əvvəl Trampın İranla bağlı açıqlamalarında Papa XIV Leona yönəlmiş fikirlər iki lider arasında gərginliyə səbəb olmuşdu.

Qəzetə danışan Zampolli bildirib ki, o, həm Donald Trampa, həm də FIFA Prezidenti Canni İnfantinoya bu təklifi təqdim edib.

“Bir italyan olaraq ABŞ-nin ev sahibliyi etdiyi turnirdə “Azzurri”ni (İtaliya milli futbol komandası bu adla tanınır - red.) görmək xəyal olardı. Dördqat dünya çempionunun iştirak etməsi üçün kifayət qədər əsas var”, - deyə o qeyd edib.

Dünya futbolunun aparıcı komandalarından biri olan İtaliya isə son seçmə mərhələsində uğursuz çıxış edərək ardıcıl üçüncü dəfə DÇ-yə vəsiqə qazana bilməyib. Komanda mart ayında pley-off finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında 4:1 hesabı ilə məğlub olub.

Zampollinin təklifi İtaliyada müəyyən müzakirələrə səbəb olsa da, FIFA-nın bu məsələyə necə reaksiya verəcəyi hələlik məlum deyil.

Digər tərəfdən, İran tərəfi turnirdə iştirak niyyətində olduğunu bəyan edib. Tehran rəsmiləri ölkənin DÇ-yə hazır olduğunu və iştirak planlarının qüvvədə qaldığını açıqlayıblar.

Məsələ ilə bağlı Ağ Ev, FIFA, İtaliya Futbol Federasiyası və ya İran Futbol Federasiyası tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 221
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter