Azərbaycan millisi "FIFA Series – 2026" turnirində ilk oyununa çıxır
- 27.03.2026, 10:33,
- İdman
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində ilk oyununa bu gün çıxacaq.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Sent Lüsiya yığması ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.
Görüşün baş hakimi gürcüstanlı Giorgi Kruaşvili olacaq.
Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni erenada Syerra Leone ilə münasibətlərə aydınlıq gətirəcək.