• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

“Qarabağ”ın rəqibi bu gün bilinəcək

  • 30.01.2026, 09:44,
  • İdman
  • Baxılıb: 14
“Qarabağ”ın rəqibi bu gün bilinəcək


Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək.

Bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Liqa mərhələsini 22-ci pillədə başa vuran Azərbaycan təmsilçisi “səpələnməmişlər” səbətində yer alacaq.

Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutan “Monako” və “Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. “Qarabağ”ın potensial rəqibləri turnirin son qalibi PSJ və “Nyukasl”dır. Yəni Qurban Qurbanovun komandası pley-off-da ya Fransa təmsilçisi ilə, ya da İngiltərə klubu ilə üz-üzə gələcək.

Pley-off-la bağlı püşkatmaya dair UEFA-nın qaydalarında deyilir: “16 klub ümumi mərhələnin yekun sıralamasına əsasən ikili qruplara bölünəcək və bununla da dörd “səpələnmiş” cüt (turnir cədvəlində 9–10-cu, 11–12-ci, 13–14-cü, 15–16-cı yerləri tutan klublar) və dörd “səpələnməmiş” cüt (17–18-ci, 19–20-ci, 21–22-ci, 23–24-cü yerlər) formalaşdırılacaq.

Yəni 9 və ya 10-cu yerləri tutan klublar 23 və ya 24-cü yerləri tutan klublarla, 11/12 – 21/22 ilə, 13/14 – 19/20 ilə,15/16 – 17/18 ilə üz-üzə gələcək.

“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17/18 fevral və 24/25 fevralda oynanılacaq.

Qeyd edək ki, “Qarabağ” - PSJ/”Nyukasl” cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran “Barselona” və ya 6-cı yerin sahibi “Çelsi” ilə qarşılaşacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 221
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter