"Qarabağ"ın baş məşqçisi: "İmarət"dəki ilk oyun Çempionlar Liqasının finalı kimi olacaq"
- 09.01.2026, 13:13,
- İdman
Baxılıb: 14
Facebook
Вконтакте
Одноклассники
Google+
"İmarət"dəki ilk oyun Çempionlar Liqasının finalı kimi olacaq.
"Report" məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis stadionun tikintisinin başa çatmasından sonra Ağdamdakı ilk matçlarının yerli və ya beynəlxalq olmasının hansısa əhəmiyyət kəsb etmədiyini vurğulayıb.
Qeyd edək ki, "Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək.