"Qarabağ" bu gün Bakıda "Ayaks"la üz-üzə gələcək
- 10.12.2025, 12:10,
- İdman
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək.
Liqa mərhələsinin VI turunun oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Matç saat 21:45-də start götürəcək. Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu - 36-cıdır.