Çempionlar Liqasında "Qarabağ"dan tarixi qələbə
- 17.09.2025, 09:07,
- İdman
Baxılıb: 40
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqasındakı ilk oyununda tarixi qələbəyə imza atıb.
Səfərdə "Benfika"nın qonağı olan Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə də, 90 dəqiqənin sonunda geridönüş etməyi bacarıb - 2:3.
Ev sahiblərinin heyətində qolları Entso Barrenetsea və Vangelis Pavlidis vurub.
"Qarabağ"ın heyətində isə Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşuk fərqlənib.