Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
- 09.06.2026, 12:30,
- Hadisə
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes Galendewagen” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.
Araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.