Son Dəqiqə: Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı
- 26.02.2026, 11:07,
- Hadisə
Baxılıb: 23
Facebook
Вконтакте
Одноклассники
Google+
Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Xırdalandakı “Kristal Abşeron” kompleksində baş verib. Saat 02 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb.
O, ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.