Cinayətdə şübhəli bilinən 25 nəfər saxlanıldı
- 13.11.2025, 11:10,
- Hadisə
Baxılıb: 74
Facebook
Вконтакте
Одноклассники
Google+
Noyabrın 12-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində axtarışda olan 93 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.