Yasamalda binanı narkotik yuvasına çevirənlər tutuldu - Foto
- 04.08.2025, 10:38,
- Hadisə
Baxılıb: 58
Facebook
Вконтакте
Одноклассники
Google+
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli “Qafqazinfo”ya bildirib ki, tədbirlərlə həmin şəxslər müəyyən olunub.
Qurum rəsmisinin sözlərinə görə, əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.