Pirşağı çimərliyində daha 2 nəfər boğuldu - Biri azyaşlıdır
- 29.07.2025, 11:34,
- Hadisə
Baxılıb: 70
Facebook
Вконтакте
Одноклассники
Google+
Paytaxtın Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində 2 nəfər suda batıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 20 radələrində Pirşağı çimərliyində İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov və Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov suda çimərkən boğulublar.
Onların meyiti sudan çıxarılıb.
Ölüm faktları ilə bağlı araşdırmalar aparılır.