• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

“Melissa Park”ın rəhbəri istənilən məbləğlə razılaşıb azadlığa çıxdı - Qalmaqallı ev söküldü

  • 04.07.2025, 09:50,
  • Hadisə
  • Baxılıb: 47
“Melissa Park”ın rəhbəri istənilən məbləğlə razılaşıb azadlığa çıxdı - Qalmaqallı ev söküldü


“Melissa Park” şirkəti və vətəndaş arasında yaranmış böyük qalmaqal razılıqla bitib. Şirkət rəhbərinin həbsinə qədər böyüyən qanunsuz söküntü işində razılığa gəlinib. Şirkət rəhbəri həbsdən xilas olmaq üçün lazım olan kompensasiyanı ödəyib.

Musavat.com xəbər verir ki, Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan “Melissa Park” şirkətinin vətəndaş Elnarə Hacıyevaya məxsus evi qanunsuz olaraq sökmək istəməsi böyük narazılığa səbəb olmuşdu. Şirkət işçiləri evdə yaşayış ola-ola evi sökməyə cəhd etmişdilər. Mart ayının 27-də çəkilən həmin görüntülər sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə mövzusu olmuşdu.

Hadisədən bir gün sonra şirkətin rəhbəri Qalib Məmmədov və ekskovatorçu Qala Eynullayev də həbs edildi.

Şirkət rəhbəri iki aya yaxın həbsdə saxlanıldıqdan sonra ötən ay azadlığa buraxıldı. Həmçinin ekskovatorun sürücüsü də azadlığa çıxdı. Qanunsuz söküntü ilə bağıı açılan cinayət işinə xitam verildi.

Bu hadisə günlərlə sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu. Hər kəs şirkətin özbaşınalığını tənqid edirdi. Amma bununla yanaşı yaranmış sual da var idi ki, vətəndaş nə qədər kompensasiya istəyir?

Şirkət rəsmiləri iddia edirdi ki, ev sahibi 2 milyon kompensasiya istəyir. Lakin vətəndaş bu iddianı təkzib etdi. Sonra məlum oldu ki, şirkət tərəfindən ilkin olaraq təklif olunan kompensasiya 173 min mamat olub. Şirkətin sonradan 651 min manat kompensasiya təklif etdiyi də qeyd edilirdi.

Qeyd edək ki, vətəndaşla şirkət arasındakı razılıq Qabil Məmmədov həbs ediləndən qısa müddət sonra əldə edilib. Kompensasiya məbləği barədə dəqiq məlumat yoxdur. Amma tərəflər arasındakı razılıqdan sonra şikayət olmadığı üçün Qabil Məmmədov barəsindəki cinayət işinə də xitam verildiyi də bildirilir.

Bildirək ki, vətəndaşın evi razılaşdırılmış kompensasiya ödənildikdən sonra artıq tam olaraq sökülüb.

Bir müddət satışı da dayandıran şirkət artıq fəaliyyətini bərpa edib.

“Melissa Park”ın rəhbəri istənilən məbləğlə razılaşıb azadlığa çıxdı - Qalmaqallı ev söküldü
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Tesla xidmətə cəlb olundu

  • Bu gün, 09:37
  • 6
  • 0

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 221
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter