Vətən müharibəsi qazisi faciəli şəkildə həlak oldu
- 05.04.2025, 10:49,
- Hadisə
Baxılıb: 84
Facebook
Вконтакте
Одноклассники
Google+
Vətən müharibəsi qazisi Samir Rzayev yol-nəqliyyat hadisəsi zamanı həlak olub.
"Unikal" xəbər verir ki, hadisə ötən gün Goranboyun Bəşirli kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2114 markalı minik maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Samir Rzayevin həyatını xəstəxanada xilas etmək mümkün olmayıb.
Digər yaralı - 1987-ci il təvəllüdlü Seymur Tağıyevin müalicəsi davam etdirilir.
Qazi doğulduğu Gəncə şəhərində dəfn edilib.
Qeyd edək ki, qəzada həlak olan Samir Rzayev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.