• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

“Deyirdi ki, evdə hamınızı partladacağam...”

“Deyirdi ki, evdə hamınızı partladacağam...”


Goranboy rayonunun Qarasüleymanlı kəndində qayınatanın gəlinə əl qumbarası atmasının bəzi detalları məlum olub.

“Xəzər Xəbər” xəbər verir ki, 68 yaşlı Zakir Namazov rayonun Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edib. Ehtimal olunur ki, həmin qumbara müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapılıb.

Onun həyat yoldaşı Yamin Məmmədova deyir ki, ailə daxilindəki münaqişə bir ilə yaxındır ki, davam edib:

“Gəlin ona tərəf daş atdı, o da heç bilmədim nə atdı. Mən kənarda nəvəmlə dayanmışdım. Birdən tüstü qalxdı. Elə bildim ayağım yerdən üzüldü. Gördüm ki, gəlin yerə uzanıb. Yaxınlaşıb gördüm ki, damarından qan axır. Hər gecə balta, bıçaq... Bir ildir ki, bizim günümüz polislərdə keçir. O hələ deyirdi ki, evdə hamınızı partladacağam”.

Üç uşaq anası olan 38 yaşlı Vəfa Aslanovanın müalicəsi hazırda xəstəxanada davam etdirilir. Gəlinin üstünə partlayıcı maddə ataraq ona xəsarət yetirən Zakir Namazov isə iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Fakla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı süjetdə:



Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Tesla xidmətə cəlb olundu

  • Bu gün, 09:37
  • 6
  • 0

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 222
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter