Nərimanovda yaşayış binasında yanğın - sakinlər təxliyə edildi
- 24.05.2024, 09:41,
- Hadisə
Baxılıb: 217
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 4 m² sahədə, içərisində 1 ədəd kondisioner və 5-ci mərtəbəsində ümumi sahəsi 54 m² olan 2 otaqlı mənzilin eyvanının 1 ədəd plastikdən ibarət qapısı yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.