• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

İlham Əliyev rusiyalı yazıçını “Dostluq” ordeni ilə təltif etdi

İlham Əliyev rusiyalı yazıçını “Dostluq” ordeni ilə təltif etdi


Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Albert Anatolyeviç Lixanovu “Dostluq” ordeni ilə təltif edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, Rusiya Uşaq Fondunun sədri, yazıçı Albert Lixanovun 85 illik yubileyi ilə əlaqədar olaraq, İlham Əliyev həmçinin ona təbrik məktubu göndərib.

Təbrikdə deyilir:
“Siz yaşadığınız illərə, böyüməkdə olan nəslə yorulmadan qayğı göstərməyə həsr edilmiş parlaq həyat yolunuza görə haqlı olaraq fəxr edə bilərsiniz. Artıq otuz ildən çoxdur ki, Rusiya Uşaq Fondu Sizin rəhbərliyinizlə ailə institutunun və ailə dəyərlərinin möhkəmləndirilməsinə, uşaq hüquqlarının müdafiəsinə, çətin vəziyyətə düşmüş uşaqların dəstəklənməsinə yönəlmiş mühüm iş aparır. Uşaqların müdafiəsi üzrə çoxillik səmərəli ictimai fəaliyyətiniz Sizə təkcə Rusiyada deyil, bütün dünyada xeyirxah qəlbli bir insan kimi ümumi hörmət və ehtiram qazandırıb.

Azərbaycan xalqının görkəmli oğlu Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə, binəsib uşaqların müdafiəsi kimi nəcib işə onun sanballı töhfəsinə, onunla birgə apardığınız, Sovet Uşaq Fondunun yaradılması ilə nəticələnmiş işə Sizin qayğıkeş münasibətinizi Azərbaycanda yüksək qiymətləndirirlər.

Hörmətli Albert Anatolyeviç, yubileyiniz münasibətilə Sizi bir daha təbrik edirəm, Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Tesla xidmətə cəlb olundu

  • Bu gün, 09:37
  • 5
  • 0

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 221
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter