• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Səudiyyə Ərəbistanında Türkiyə məhsullarına qoyulan qadağa xarici sahibkarlara çətinlik yaradıb

  • 13.10.2020, 10:55,
  • Dünya
  • Baxılıb: 154
Səudiyyə Ərəbistanında Türkiyə məhsullarına qoyulan qadağa xarici sahibkarlara çətinlik yaradıb


Səudiyyə Ərəbistanında Türkiyə məhsullarının satışına qeyri-rəsmi, amma xeyli sərt məhdudiyyətlər bir çox xarici nüfuzlu istehsalçılara ziyan vurur.
İspaniyanın geyim istehsalçısı “Mango”nun nümayəndəsi türkiyəli təchizatçılarına göndərdiyi məktubda Səudiyyə hökumətinin Türkiyədə istehsal olunan məhsulların hər cür idxalına qadağa qoyduğunu bildirib.

Həmçinin dünyanın ən böyük gəmiçilik şirkəti “Maersk” də ötən ay türkiyəli müştərilərinə məktubunda Səudiyyə gömrük xidmətində yaradılan çətinlikləri göstərərək “mümkün zərəri minimuma endirmək üçün” lazımi tədbirlər görməyi tövsiyə edib. Həmçinin koronavirus pandemiyası baş qaldırandan etibarən İstanbul ilə Ər-Riyad arasında təyyarə uçuşları da dayandırılıb.

Həmçinin İstanbul Hazır Geyim və Toxuculuq Məhsulları İxracatçıları Birliyinin (İHKİB) rəhbəri Mustafa Gültəpə də Səudiyyə Ərəbistanındakı dükanlarının, həmçinin istehsal sahələri Türkiyədə yerləşən bütün məşhur brendlərinin mövcud vəziyyət üzündən ziyanla üzləşdiyini bildirib. Tükiyəli ixracatçılar artıq xeyli müddətdir Səudiyyə gömrüklərində süründürməçilikdən gileylənirlər.

Ötən il Türkiyənin Səudiyyə Ərəbistanına ixracatı 3,2 milyard ABŞ dolları, bütövlükdə isə hazır geyim ixracatının həcmi 17,7 milyard ABŞ dolları təşkil edib.

Bununla belə Səudiyyə Ərəbistanı hökuməti Türkiyə mallarına hər hansı embarqo tətbiq etdiklərini inkar edərək ikitərəfli ticarət dövriyyəsində pandemiya fəsadlarından savayı, əhəmiyyətli bir geriləmənin olmadığını bildirib. Bununla belə Səudiyyə Ərəbistanının Ticarət Palatasının rəhbəri Əclan əl-Əclan bildirib: “Bizim dövlətə, ölkəmizə, vətəndaşlarımıza qarşı düşmən mövqeyi tutan Türkiyəyə dair idxalat, yatırım, ya da turizmlə bağlı hər hansı boykot tətbiq etmək hər bir səudiyyəli tacir və ya istehlakçının öz məsuliyyətindədir”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Tesla xidmətə cəlb olundu

  • Bu gün, 09:37
  • 2
  • 0

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 221
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter