Tramp: Çinlə döyüşməkdənsə, yola getmək daha yaxşıdır, NATO köməyə gəlməyəcək
- 05.05.2026, 11:19,
- Dünya
Baxılıb: 8
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ prezidenti Donald Tramp NATO-nun böyük hərbi münaqişəyə qarışacağı təqdirdə Vaşinqtonun köməyinə gəlməyəcəyinə inandığını bildirib.
"Əgər böyük bir münaqişədə olmalı olsaq, düşünmürəm ki, NATO bizimlə olsunlar", - Tramp deyib..
Çinə gözlənilən səfərindən bəhs edən və Pekinlə yaxşı münasibətlərə üstünlük verən Tramp deyib: "Bizim çox güclü münasibətlərimiz var və mən inanıram ki, Çinlə döyüşməkdənsə, yola getmək daha yaxşıdır və onlar da eyni hissləri keçirirlər".