Makron: Tramp, Putin və Si Cinpin Avropanın düşmənləridir
- 25.04.2026, 10:38,
- Dünya
Baxılıb: 18
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransa Prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpini "Avropanın düşmənləri" siyahısına daxil edib .
AFP xəbər verir ki, MakronAvropanı hərəkətə keçməyə və dünyadakı təsirindən istifadə etməyə çağırıb.
Makron bildirib ki, ABŞ prezidentinin, Rusiya prezidentinin və Çin prezidentinin avropalılarla qarşı-qarşıya gəldiyi unikal bir an olduğunu qiymətləndirməməliyik.
O, uzun müddətdir ki, Avropanı ABŞ-a güvənmək əvəzinə, öz təhlükəsizliyini gücləndirməyə çağırıb və cümə günü NATO-nun daha güclü Avropa qoluna çağırışını təkrarlayıb.
Makron NATO-nun üzvlərin hücuma məruz qaldığı təqdirdə bir-birlərinə kömək etmələrini tələb edən qarşılıqlı müdafiə prinsipinə toxunaraq 5-ci maddə ilə bağlı artıq şübhələrin olduğunu qeyd edib.
Makron əlavə edib ki, bu şübhələr əslində alyansın gücünü zəiflədir.