Pezeşkian: İran regional təhlükəsizlik konsepsiyasını müzakirə etməyə hazırdır
- 23.07.2025, 13:48,
- Dünya
Baxılıb: 40
Facebook
Вконтакте
Одноклассники
Google+
İran rəhbərliyi Yaxın Şərq ölkələri ilə birgə kollektiv təhlükəsizlik konsepsiyasının yaradılması üzərində işləməyə hazırdır.
Bunu İran prezidenti Məsud Pezeşkian “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“Biz ərəb qonşularımız və regionun digər ölkələri ilə birgə kollektiv təhlükəsizlik konsepsiyasını hazırlamağa tam hazırıq”, - Pezekian bildirib.
Pezeşkian əlavə edib ki, əvvəllər heç vaxt region ölkələri bu müharibə zamanı olduğu kimi İranı dəstəkləməkdə belə mövqe tutmayıblar.