• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Qərb Putinlə danışıqlara gedir: aclıq "güc gəlir"...

  • 27.05.2022, 11:42,
  • Dünya
  • Baxılıb: 133
Qərb Putinlə danışıqlara gedir: aclıq "güc gəlir"...


Rusiya Prezidenti Vladimir Putin Ukrayna limanlarını blokadadan çıxarmağı müzakirə etməyə hazırdır.

"Axar.az xəbər verir ki, bu sözləri İtaliya Baş naziri Mario Draqi deyib.

“Putin mənə dedi ki, limanlar ukraynalıların minalaması səbəbindən bağlıdır. Təbii ki, bu, rus gəmilərinin Ukraynaya hücumunun qarşısını almaq üçün edilib. Bir tərəflə limanların minalardan təmizlənməsi, digər tərəflə isə həmin zaman hücum etməməsi üçün danışıqlar aparmaq vacibdir”, - Draqi bildirib.

Baş nazir bildirib ki, Ukraynanın buna hazır olub-olmadığını bilmək üçün Zelenski ilə danışmaq istəyir.

Draqi Ukrayna limanlarında milyonlarla sentner taxılın tədarük üçün gözlədiyini bildirib.

“Amma Putin mənə dedi ki, bu, ərzaq böhranını həll etməyə kifayət deyil”, - Baş nazir qeyd edib.

Qeyd edək ki, Putin bundan öncə Rusiyaya qarşı siyasi sanksiyaların götürüləcəyi halda Ukrayna limanlarının blokadasını qaldıra biləcəyini açıqlayıb.

Dünyada isə qidalıq buğda böhranı getdikcə dərinləşməkdədir. Əsas buğda ixracatçılarından biri olan Ukraynada müharibə gedir, ölkənin milyon tonlarla məhsulu minalanma səbəbindən limanlardan ayrıla bilmir, Rusiya qidalıq buğdanın ixracına qadağa qoyub, Çin və Hindistan da buğda ixracını məhdudlaşdırıb.

Rusiya bu vəziyyətdən maksimum istifadə etməyə və ixrac qadağasını ləğv etdirməyə çalışır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Tesla xidmətə cəlb olundu

  • Bu gün, 09:37
  • 1
  • 0

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 221
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter