• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

ABŞ-ın daha bir şəhərində Xocalı soyqırımı barədə qərar qəbul edildi - FOTO

  • 19.02.2021, 10:13,
  • Dünya
  • Baxılıb: 139
ABŞ-ın daha bir şəhərində Xocalı soyqırımı barədə qərar qəbul edildi - FOTO


ABŞ-ın Florida ştatının Hallandeyl-Biç şəhərinin meriyası Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar proklamasiya dərc edib.

Şəhərin meri xanım Coy Kuper tərəfindən imzalanan proklamasiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 600-dən çox günahsız vətəndaşın, o cümlədən qadınların və uşaqların öldürülməsindən danışılır.

Sənəddə qeyd edilir ki, “Human Rights Watch” hüquq müdafiə təşkilatının əlindəki dəlillərə əsasən, Xocalı soyqırımı regionda ən böyük hərbi cinayətdir. Xocalı qətliamının Amerikanın 20 ştatı tərəfindən tanındığı qeyd olunur. Xocalı hadisələrinin dəhşətli itkilərdən xəbər verdiyi, habelə bütün dünyada insanların bir-birini daha yaxşı başa düşməsinin və onların tolerantlığının vacib olduğunu göstərdiyi üçün mer Coy Kuper 2021-ci il fevralın 26-nı Hallandeyl-Biç şəhərində Xocalı qırğınının 29-cu ildönümü günü elan edib.

Sənəd Florida ştatının Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramovaya təqdim olunub. Qeyd edək ki, hazırda ABŞ Azərbaycanlıları Şəbəkəsi illik Amerika ictimaiyyətinin Xocalı qətliamı haqqında məlumatlandırma kampaniyasını keçirir.AZƏRTAC


ABŞ-ın daha bir şəhərində Xocalı soyqırımı barədə qərar qəbul edildi - FOTO
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Tesla xidmətə cəlb olundu

  • Bu gün, 09:37
  • 6
  • 0

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 221
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter