Metroda yenilik: Qatarın nə vaxt gələcəyi ekranda görünəcək
- 09.10.2025, 13:13,
- Cəmiyyət
Baxılıb: 90
Facebook
Вконтакте
Одноклассники
Google+
Metroda qatarın gəlmə vaxtını göstərən tablolar test rejimində fəaliyyətə başlayıb.
Milli.az xəbər verir ki, dünyanın bir çox metropolitenlərində məhz belə sistem tətbiq olunur, bu sərnişinlərin məlumatlandırma sistemlərindən biridir. Bakı metrosunda intervallar təxmini 2-4 dəqiqə təşkil edir (günün vaxtından və xətdən asılı olaraq). Bu tablolar psixoloji olaraq gözləmə vaxtını azaldır, sərnişinlər daha rahat olur. Eyni zamanda, Bakını tanımayan turistlər üçün də daha faydalı olacaq.
Layihə "Bakı Metropoliteni" tərəfindən pilot mərhələdə həyata keçirilib və artıq bir neçə stansiyada sınaqdan uğurla keçirilib. Sistem gələcəkdə bütün metro stansiyalarında mərhələli şəkildə tətbiq olunacaq.