Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı yeni qərar
- 11.09.2025, 13:53,
- Cəmiyyət
Baxılıb: 105
Facebook
Вконтакте
Одноклассники
Google+
Nazirlər Kabineti "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"yə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra sürücülük vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Sürücülük vəsiqəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin vəsiqənin təqdim edilməsinə bərabər tutulacaq.