Azərbaycanda Məhərrəm ayı başlayıb
- 26.06.2025, 09:05,
- Cəmiyyət
Baxılıb: 24
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.
islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.
Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm - İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür, matəm və hüzn içində yad edilir.
Qeyd edək ki, 2025-ci ildə Məhərrəm ayı iyulun 25-də başa çatacaq.