• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Tıxacda "protiv" sürən sürücüləri hansı cəza gözləyir? - DYP-dən CAVAB - VİDEO

Tıxacda "protiv" sürən sürücüləri hansı cəza gözləyir? - DYP-dən CAVAB - VİDEO


Bakıda müəyyən saatlarda bir çox yollarda tıxac və sıxlıq olmasını nəzərə alsaq bəzən sürücülər vaxt itirməmək üçün əks yola çıxaraq qaydaları pozurlar.

BAKU.WS xəbər verir ki, belə sürücülərdən biri ötən gün paytaxt küçələrində "protiv" sürməyə cəhd göstərib.

Əks yolla gedən sürücü qarşıda Dövlət Yol Polisi İdarəsinin avtomobili ilə qarşılaşıb.

Bəs, görəsən tıxacda qalmamaq üçün əks yola yola çıxan və ya avtobus zolağı ilə hərəkət edən sürücüləri hansı cərimə gözləyir?

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, bu kimi hallar İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tənzimlənir: "Məlum video ilə bağlı sürücünü 80 manat və 3 bal cərimə gözləyir. Çünki yerdə üfiqi nişanlma xətləri yoxdur və sürücü sonuna qədər əks istiqamətdə getmir. Qaydanı pozsa da sonradan öz zolağına qayıdır.

Lakin yerdə üfiqi nişanlanma xətləri olsaydı, bu tələbin pozulmasına görə 150 AZN və 4 bal cərimə yazıla bilərdi.

Eyni zamanda avtobus zolağına sürücüləri isə 40 AZN cərimə gözləyir. Lakin avtomobilin avtobus zolağında saxlanmasına görə 20 AZN cərimə nəzərdə tutulub".

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Tesla xidmətə cəlb olundu

  • Bu gün, 09:37
  • 7
  • 0

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 222
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter