• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb -Fotolar

  • 21.05.2026, 16:13,
  • ---
  • Baxılıb: 5
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb -Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Respublikasının Ombudsman Aparatının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Konfederasiya sədri Sahib Məmmədov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin hərtərəfli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüquqlarının etibarlı şəkildə qorunduğunu vurğulayıb. Bu sahədə önəmli rola malik olan Ombudsman institutu ilə səmərəli əməkdaşlıq həyata keçirilir.

Görüşdə həmkarlar ittifaqları sistemində rəqəmsallaşma, elektron xidmətlərin genişləndirilməsi və üzvlər üçün daha əlçatan mexanizmlərin yaradılması istiqamətində görülən işlər, aparılan islahatlar, reallaşdırılan layihələr, həmçinin maarifləndirmə, gender bərabərliyinin və sağlam əmək mühitinın təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), AHİK-in Layiqli Əmək Səfiri Səbinə Əliyeva iki qurum arasında imzalanacaq Memorandumun insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusilə əmək və sosial-iqtisadi hüquqların daha effektiv təmini və bu sahədə institusional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Səbinə Əliyeva Ombudsman təsisatı ilə həmkarlar ittifaqları arasında əməkdaşlığın insan hüquqlarının, əmək və sosial-iqtisadi hüquqların daha səmərəli müdafiəsinə, eləcə də hüquq mədəniyyətinin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, sənəd həmçinin iki qurum arasında əməkdaşlığın yeni mərhələsinin əsasını təşkil etməklə yanaşı, mövcud əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Sonra AHİK ilə Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandumda AHİK və Ombudsman Aparatı arasında əməkdaşlığın gücləndirilməsi, əmək və sosial hüquqların müdafiəsi, birgə təlimlərin keçirilməsi və digər məsələlər nəzərdə tutulur.
Görüş çərçivəsində AHİK-in fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb -FotolarAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb -FotolarAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb -FotolarAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb -Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 221
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter