II Qlobal Media Formunun keçirilməsi ölkəmizin əldə etdiyi beynəlxalq uğurdur
- 23.07.2024, 10:40,
- ---
Baxılıb: 46
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün dövlətimiz beynəlxalq siyasi, iqtisadi, mədəni proseslərin fəal və böyük təsir gücünə malik iştirakçısı olduğu kimi, Azərbaycan mətbuatı da qlobal informasiya şəbəkəsinin bir parçasıdır. Hazırda respublikamızda çoxsaylı qəzet və jurnallar nəşr olunur, onlayn media inkişaf edir. İnformasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatının qlobal informasiya şəbəkəsinin bir hissəsi kimi öz rolunu uğurla yerinə yetirməsinə şərait yaradır.
Azərbaycan, uzun illərdən bəri intensiv dezinformasiya hücumuna məruz qalan bir ölkə kimi, məsələnin nə qədər ciddi olduğunu, bəlkə də hər kəsdən daha çox anlayır, dünyanın digər dövlətləri kimi, feyk məlumat və hekayələrlə mübarizənin yollarını axtarır, bu istiqamətdə hüquqi bazanın və anti-dezinformasiya alətlərinin təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.
Forumda jurnalistlərin suallarını cavablandıran dövlətimizin başçısı ölkəmizə qarşı aparılan yalan və böhtan kampaniyalarının mahiyyətini tam dəqiqliklə ifadə edib. Dövlətimizin başçısı bildirdi ki, “biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər.
Prezident İlham Əliyevin media forumunda jurnalistlərin ən müxtəlif mövzularda ona ünvanladıqları suallara verdiyi ətraflı sərrast cavablar, təkcə ölkəmizlə bağlı deyil, dünyada baş verən qlobal proseslərlə əlaqədar obyektiv dəyərləndirmələrin geniş vüsət almasına da zəmin yaradacaq.
Zülfüqar Cəfərov-YAP Sabunçu rayon təşkilatının sədr müavini
