44 günlük Vətən müharibəsindən sonra Azərbaycan 30 il ərzində ermənilər tərəfindən işğal olunmuş ərazilərimizi azad etdi. Onların seperatizm yuvasına çevrilmiş Xankəndi və ətrafındakı bir neçə kənddə hələ də məskunlaşmaqda davam edirdilər. Bu, Azərbaycanın humanitar siyasətinin, humanizm prinsiplərini əsas tutaraq mülki şəxslərə müharibədə zərər yetirməməsi üçün atdığı addımlar idi. Təklif olunur ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Bu, sülh müqaviləsi prosesinin imzalanmasına ən böyük töhfə olar, onlar Azərbaycan qanunları şəraitində yaşayarlar. Ancaq təəssüf olsun ki, onlar bunu başa düşmədi. Ermənistan dövləti və onu himayə edən havadarları bunu anlamadılar. Müxtəlif vaxtlarda müxtəlif təxribatlar törətməyə başladılar. Nəhayət, aydın oldu ki, onlar nəinki bu təxribatları ayrı qruplar şəklində, az qala böyük ordu şəklində - 10 mindən yuxarı seperatçıların müxtəlif yollarla toplanması, silah-sursatla təmin olunması, Qərb dövlətlərinin köməyilə buna nail olmuşdular.
2023-cü ilin sentyabr ayında antiterror tədbirlərinin həyata keçirilməsilə ölkəmiz tamamilə öz suveren sərhədlərini təmin etdi. Azərbaycanın hər yerində Xankəndi də daxil olmaqla seperatizmin yuvası tamamilə darmadağın edildi. Bu, ermənilərin havadarı olan Qərb dövlətləri tərəfindən, xüsusilə, Fransanın təhriki ilə müəyyən müşahidəçi missiyası altında müxtəlif qurumlardan olan, Avropanın müxtəlif təhlükəsizlik qurumlarından olanları yerləşdirməklə bu təxribatın daha uzun müddət davam etməsini nəzərdə tuturdular. Bununla Azərbaycana təzyiq göstərmək istəyirdilər.
Cənab Prezidentimizin də andiçmə mərasimində qeyd etdiyi kimi onlar buna cəhd etmək istəyəcəklər, ancaq heç vaxt buna nail ola bilməyəcəklər. Ona görə ki, bu gün qarşılarında güclü Azərbaycan dövlətini görürlər. Hər bir kiçik təxribata belə dərhal adekvat cavab verilərək məhv ediləcəkdir. Bu kiçik təxribatı yenə də gördük. Bilirik ki, onlar bu təxribatları törətməyə qadirdirlər. Çox kəskin şəkildə də cavanlarını aldılar. Möhtərəm Prezidentimizin andiçmə mərasimində qeyd etdiyi və verdiyi mesaj bundan sonra təxribat törətmək istəyən Ermənistan və onun havadarlarına qısa və konkret cavabdır. Hər təxribatın qarşısı dərhal kəskin şəkildə alınacaq. Hesab edirəm ki, bu kimi təxribatlara ermənilər əl atmağa yenə də cəhd edəcəklər. Amma hər bir cəhdləri uğursuz olacaqdır. Bu gün güclü Azərbaycan dövləti, ordusu var. Burada ayrı qüvvələr tərəfindən sülhməramlıların ortaya qatılmasını da düzgün hesab etmirəm. Hansısa sülhməramlı təxribat törədən ermənini tutub deməyəcək ki, oraya bir güllə at. Aydın oldu ki, təxribatı törədənlər özləri də bu gün Ermənistan dövlətinin zəif, ikili oyun aparan siyasətinin bir nəticəsidir. Konkret olaraq Azərbaycan sərhədləri müəyyənləşib. Şərti sərhədləri isə məlumdur. Bu şərti sərhədlər daxilində ermənilər həmişə təxribat törətməyə çalışacaqlar. Yenə də cavablarını alacaqlar. Sülhməramlı qüvvələr Rusiya dövlətinin qüvvələridir və Rusiya heç də bu təxribatın törədilməsində maraqlı deyil. Bu ermənilərin öz ənənəvi törətdikləri təxribatlardır. Təxribatların da qarşısı amansızlıqla alınacaqdır.
Çingiz Tağıyev - Qarabağ qazisi, YAP Sabunçu rayon təşkilatının fəal üzvü